Türkiyədə bu gün koronavirusdan 14 nəfər ölüb, 542 nəfər ağır xəstə var

Türkiyədə bu gün koronavirusdan 14 nəfər ölüb, 542 nəfər ağır xəstə var
# 29 iyul 2020 20:37 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 45 712 şübhəli koronavirus testindən keçib, onlardan 942-nin cavabı pozitiv çıxıb, bu gün daha 996 xəstə sağalıb.

Türkiyədə indiyədək 228 924 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5659 nəfər ölüb, 212 557 nəfər müalicə olunaraq evə buraxılıb.

F.Qoca qeyd edib ki, Türkiyə bu gündən başlayaraq beynəlxalq standartlara uyğun şəkildə COVID-19 infeksiyasına yoluxan ağır xəstə sayını da açıqlayacaq: “Bu gün 542 ağır xəstəmiz var. Bugünkü koronavirus cədvəlinə görə, pnevmoniyalı xəstələr 9,4 faiz təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR