Türkiyədə da 55,7 min nəfərin COVID-19 testi pozitiv çıxıb

Türkiyədə da 55,7 min nəfərin COVID-19 testi pozitiv çıxıb
# 09 aprel 2021 22:11 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər vəfat edib.

APA xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 55 791 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 35 786, ağır xəstələr isə 2408 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 745 657 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 3 268 678 nəfər sağalıb, 33 454 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR