Türkiyədə kafedə silahlı insident nəticəsində 3 nəfər ölüb

Türkiyədə kafedə silahlı insident nəticəsində 3 nəfər ölüb
# 09 mart 2020 09:16 (UTC +04:00)

Türkiyənin Kırıkkale vilayətində kafedə silahlı insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA yerli mətbuata istinadən xəbər verir ki, kafeyə hücum edən şəxs tapança ilə oradakı qohumlarını vurub. O, dəfələrlə atəş etdikdən sonra hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində güllə yarası alan 3 nəfər ölüb, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR