Türkiyədə koronavirus infeksiyasına yoluxanların sayı 18-ə çatıb

Türkiyədə koronavirus infeksiyasına yoluxanların sayı 18-ə çatıb
# 16 mart 2020 01:50 (UTC +04:00)

Türkiyədə koronavirusa yoluxanların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

"Koronavirusa youxmaqda şübhəli bilinən iki nəfərin müayinə nəticələri pozitiv çıxıb. Avropadan gələn 7, Amerikadan gələn 3 nəfərdə də yoluxma aşkarlanıb", - deyə F.Qoca bildirib.

Nazir ümumlikdə koronavirus infeksiyasına yoluxma sayının 18 nəfər olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR