Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini keçib
# 18 may 2020 21:08 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 25 141 şübhəli koronavirus testindən keçib, onlardan 1158-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4171 nəfər ölüb, 150 593 nəfər bu infeksiyaya yoluxub, 111 577 nəfəri isə müalicə olunub. Bu gün daha 1615 xəstə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR