Türkiyədə koronavirusa yoluxanların sayı 5-ə çatıb, 9 Avropa ölkəsinə uçuşlar dayandırılıb

Türkiyədə koronavirusa yoluxanların sayı 5-ə çatıb, 9 Avropa ölkəsinə uçuşlar dayandırılıb
# 13 mart 2020 20:55 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) diaqnozu qoyulan xəstələrin sayı 5-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib.

Nazir deyib ki, koronavirusa yoluxanlar eyni ailə üzvləridir, onlardan ikisinin tənəffüs sistemində ciddi problemlər var.

F.Qoca xəstəxanalara xəstə ziyarətinə gedənlərin məhdudlaşdırılmasına qərar verildiyini də deyib.

Mətbuat konfransında iştirak edən Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan isə deyib ki, sabahdan Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Niderlanda edilən səfərlər 17 aprelə qədər təxirə salınıb.

Ədliyyə naziri Əbdülhəmid Gül isə bildirib ki, həbsxanalardakı məhbuslarla görüşlər 2 həftə təxirə salınıb. Nazir deyib ki, dövlət məmurlarının ölkə xaricindən kənara çıxması da məhdudlaşdırılıb.

Onu da qeyd edək ki, Türkiyə Ali Təhsil Şurası ölkə universitetlərində təhsil alan əcnəbi tələbələrə 3 həftə tətil müddətində öz ölkələrinə getməməyi tövsiyə edib. Çünki koronavirusla əlaqədar yaradılan Elmi Komissiyasının qərarına görə, xaricdən Türkiyəyə gələn tələbələr 14 gün müddətinə karantinə alınacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR