Türkiyədə koronavirusdan ölüm sayı 35 mini keçib

Türkiyədə koronavirusdan ölüm sayı 35 mini keçib
# 15 aprel 2021 20:43 (UTC +04:00)

Türkiyədə son sutkada 61 400 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 086 957 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 297 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 031 nəfərdir.

Hazırda ölkə üzrə 516 886 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3080 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 535 040 nəfər (son sutkada 54 894 nəfər) müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR