Türkiyədə son sutkada 20 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 20 nəfər koronavirusdan ölüb
# 26 avqust 2020 21:27 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 100 109 şübhəli koronavirus testindən keçib, onlardan 1313-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 841 nəfər olub, 1002 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 262 507 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 239 797 nəfər sağalıb, 6183 nəfər ölüb. Nazir bu gün test sayının 100 mini keçməsini vurğulayaraq bildirib ki, xəstəliyin bəzi bölgələrdə geniş yayılması səbəbindən həmin ərazilərdə xüsusi tədbirlər tətbiq olunmağa başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR