Türkiyədə son sutkada 43,3 min nəfərin COVID-19 testi pozitiv çıxıb

Türkiyədə son sutkada 43,3 min nəfərin COVID-19 testi pozitiv çıxıb
# 28 aprel 2021 00:31 (UTC +04:00)

Türkiyədə son sutkada 43 301 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 710 582 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 346 nəfər COVID-19-dan dünyasını dəyişib. İnfeksiyadan ölənlərin ümumi sayı 39 057 nəfərdir.

Hazırda ölkə üzrə 504 262 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3549 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 167 263 nəfər (son sutkada 45 592 nəfər) müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR