Türkiyədə son sutkada COVID-19-dan 94 nəfər ölüb

Türkiyədə son sutkada COVID-19-dan 94 nəfər ölüb
# 16 noyabr 2020 20:32 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 94 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 151 516 şübhəli koronavirus testindən keçib, onlardan 3316-nın cavabı pozitiv çıxıb, 2712 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3610 nəfər olub.

Türkiyədə indiyədək 417 594 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 601 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR