Türkiyədə son sutkada koronavirusdan 62 nəfər ölüb

#
# 20:23
13 oktyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 62 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 114 992 şübhəli koronavirus testindən keçib, onlardan 1632-nin cavabı pozitiv çıxıb, 1314  xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1416 nəfər olub.

Türkiyədə ümumilikdə 338 779 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8957 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR