Türkiyəli ekspert: “Bu addım Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir göstərmək üçün düşünülüb”

Türkiyəli ekspert: “Bu addım Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir göstərmək üçün düşünülüb”
# 25 April 2021 15:01 (UTC +04:00)

“ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələrini "soyqırım" olaraq adlandırması Türkiyə-ABŞ münasibətlərində soyuqluq yarada bilər”.

Bunu Ankara Yıldırım Beyazıt Universitetinin professoru, Ankara- Rus Araşdırmaları İnstitutunun rəhbəri Salih Yılmaz APA-nın yerli bürosuna açıqlamasında deyib.

S.Yılmazın fikrincə, ABŞ prezidenti Rusiyaya sanksiyalar elan etməzdən əvvəl Vladimir Putinə telefonla zəng etdiyi kimi, 23 apreldə də Rəcəb Tayyib Ərdoğana zəng edərək növbəti gün atacağı addımla əlaqədar özünü sığortalamağa çalışıb: “Hətta iyun ayında Brüsseldə keçiriləcək NATO Sammitində Ərdoğanla tək görüşmək istədiyini ifadə edərək, o zamana qədər ola biləcək əks reaksiyaları zərərsizləşdirmək cəhdlərinin olduğunu da demək olar. Amma türklər öz tarixlərini və keçmişlərini qürurla xatırlayırlar, bu məsələ cəmiyyətdə artıq öz təsirini göstərdi”.

Ekspert hesab edir ki, ABŞ prezidentinin bu addımı həm də  Azərbaycanın məlum Qarabağ zəfərindən sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi təsir göstərmək üçün düşünülüb: “Bu məsələnin arxasında ABŞ Adminstrasiyasının bu bəyanatından sonra  senatın qərarı ilə məsələyə hüquqi don geyindirib Türkiyəyə təzyiqi artırmaq cəhdləri də ola bilər”.

Politoloqun fikrincə, ABŞ bu addımı ilə həm də Türkiyədə erkən seçki keçirmək planını həyata keçirməyi hədəfləyir.

 “ABŞ-ın Suriyadakı PKK-PYD ilə yaxın əlaqəsi, FETÖ liderini qorumaq, tezliklə Türkiyəni F-35 təyyarə layihəsindən çıxaracağını elan etmək və indi türkləri "soyqırımı" ilə günahlandırmaq planlı bir strategiya kimi görünür. Türkiyənin müstəqil xarici siyasətini bu şəkildə sarsıtma cəhdləri də var” deyə bildirən ekspertin fikrincə,  Türkiyə əleyhinə yönələn bu addımlara Suriya və İraqdakı əməliyyatlarla cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR