Türkiyəli politoloq: “Bayden Türkiyəni qarışdırıb bölgəyə yenidən hakim olmaq istəyir”

Türkiyəli politoloq: “Bayden Türkiyəni qarışdırıb bölgəyə yenidən hakim olmaq istəyir”
# 25 aprel 2021 18:30 (UTC +04:00)

“Türkiyə Rəcəb Tayyib Ərdoğnın liderliyilə regional və müstəqil güc olma yolunda əminliklə davam edir, bu da təbii ki, qaranlıq güclərin əliylə prezidentliyə gələn Co Baydenin ilk baxışda səbəbi anlaşılmayan hücumlarına səbəb olur”.

Bu fikirləri APA-nın yerli bürosuna Türkiyənin “Yeni Akit” qəzetinin Ankara şöbəsinin Xəbərlər departamentinin müdiri, politoloq Muhemmet Kutlu bildirib.

Politoloqun fikrincə, Co Baydenin Türkiyəyə qarşı qərəzli siyasətinin arxasında da görünməyən güclərin əli var: “ABŞ-ın keçmiş prezidenti Donald Trampın aqressiv bir siyasətə və ritorikaya sahib olmasına baxmayaraq, Amerika maraqlarını üstün tuturdu. Ancaq ABŞ-dakı görünməyən güclər prezidentliyi dövründə onu zəiflədib nəticədə seçkilər zamanı Co Baydenə məğlub etdi.

“Co Baydenin Türkiyəyə qarşı ilk baxışdan məntiqi çözülməyən bu düşmən siyasətinin başlanğıcında 1915-ci ildəki deportasiya hadisəsini “soyqırım” kimi qələmə vermək həmləsi var” deyə bildirən M.Kutlu “bəs Amerikalı prezidentin, regionda güc olan Türkiyəni itirməmək üçün səy göstərmək yerinə, Türkiyə ilə körpüləri yandırmasının arxasında nə dayanır?” sualını belə cavablandırıb:

“Türkiyə təhlükəsizliyinin təmini üçün öncədən razılaşdırdığı müqavilə əsasında ona verilməyən müdafiə sənayesi silahlarını Rusiyadan almaq məcburiyyətində qaldı, həm də yerli və milli imkanlarını inkişaf etdirməklə bu ehtiyacını qarşılamaqdadır. Pilotsuz təyyarələrin (SİNA) II Qarabağ savaşında və Liviyadakı vətəndaş müharibəsindəki uğurları dünyadakı müharibə tarixini dəyişdirəcək gücdədir. ABŞ-ın Türkiyəni F-35 layihəsindən kənarlaşdırması ölkəmizi Milli Müharibə Təyyarəsi (MMU) və pilotsuz savaş təyyarələri layihəsini sürətləndirərək 2023-cü ildən öncə istehsal etməyə səbəb oldu. Həm dəniz, həm quru, həm də hava qüvvələrində istifadə olunacaq raket sistemlərimizdəki uğurlar da Türkiyənin müdafiə sənayesindəki inkişafına sübutdur. Bundan başqa, 200 milyard dollarlıq ixracatı aşan Türkiyə artıq bu sahədə dünya bazarlarında söz sahibi olmaq yolundadır. ABŞ-ın Egey və Şərqi Aralıq dənizində dəstəklədiyi yunan tezislərini Türkiyə bölgədə ən böyük donanmaya sahib olmaqla pozur və bu da təkcə Amerikanın deyil, bütün qlobal güclərin narahatlığına səbəb olur”.

Asiyadakı uğurların, Çinin İpək Yolu marşrutunun Türkiyə Çin Rusiya əlaqələrinin inkişafına səbəb olmasının da ABŞ-ı əndişləndiyini deyən M.Kutlunun fikrincə, bu səbəbdən də Amerika şeytanilik funksiyasını artıraraq “soyqırım” iftirasına əl atır: “Bu addımın arxasında regionda Türkiyə, Rusiya, İranı zəiflətmək də var. Bu işin arxasında Rusiya-Ukrayna müharibəsini qızışdırmaq, Ukraynadan Balkanlara qədər yeni bir müharibə və terror bölgəsinə meydan açmaq, Yunanıstandan Bolqarıstan və Ukrayna sərhədinə qədər bölgəni alovlandırmaq, Çindən gələn qatarların Avropaya keçməsinin qarşısını almaq kimi şeytani planları görünür”.

Politoloq onu da bildirib ki, ABŞ-ın Türkiyənin iqtisadi gücünü zəiflədib, başda “İstanbul kanalı” olmaqla yerli layihələrinin icrasına mane olmaq, müstəqil siyasətinə son qoymaq kimi məkri də var:

“Baydenin hakimiyyətə gələr-gəlməz Türkiyəni uzaqlaşdırması, ermənilərin cəfəngiyatlarını təkrarlaması, Qərb blokuna bağlı, sözəbaxan Türkiyəni əldə edənə qədər bu cəhdləri davam etdirməsi də ABŞ-ın əvvəldən hesablanmış planıdır. Amma əsas olan Allahın hesabıdır. Hansı hesab baş tutacaq bunu hamımız yaxşı bilirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR