Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib

Türkiyənin Gürcüstandakı səfiri ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib
# 19 aprel 2021 10:25 (UTC +04:00)

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sosial mediada ermənilərin Ağrı dağı ilə bağlı iddialarına cavab verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, özünün “Twitter” hesabında paylaşım edən diplomat ermənilərin irredentist ərazi iddialarının kifayət qədər müharibələrə və insan itkilərinə səbəb olduğunu qeyd edib: “Bu, sizin üçün Araratdır, mənim üçün Ağrı, kürdlər üçün Aqiri. Bir çox erməni rəylərində ada fokuslanılır. Düzü, bunun Ararat, Masis, Ağrı və ya Aqiri adlandırılması irredentist ərazi iddiaları səsləndirilmədiyi müddətcə məni maraqlandırmır. Müharibələrdə çox adam həlak oldu. Kifayətdir ”,- deyə səfir qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Tbilisiyə rəsmi səfəri zamanı Gürcüstan Prezidentinin fəxri qonaqlar kitabına yazı ilə yanaşı, Ağrı dağının konturları ilə rəsm çəkib. Bu, Ermənistanın Prezidentinin Türkiyəyə qarşı ərazi iddiaları kimi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR