ÜST 2021-ci ilin ortalarına qədər COVID-19-a qarşı kütləvi peyvəndlənmənin olmayacağını bildirib

ÜST 2021-ci ilin ortalarına qədər COVID-19-a qarşı kütləvi peyvəndlənmənin olmayacağını bildirib
# 04 sentyabr 2020 14:41 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələn ilin ortalarına qədər COVID-19-a qarşı kütləvi peyvəndlənmənin olmayacağını bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris Cenevrədə keçirilən mətbuat brifinqində deyib: "Gələn ilin ortalarına qədər kütləvi peyvəndlənmənin olacağını gözləmirik".

Peyvəndlərin klinik sınaqlarına toxunan ÜST rəsmisi əlavə edib ki, üçüncü mərhələ daha uzun çəkməlidir: “Çünki peyvəndin nə qədər qoruyucu olduğuna və nə qədər təhlükəsiz olduğuna əmin olmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR