ÜST: Avropada məhdudiyyətlər yumşaldılmağa başlanandan COVID-19-a yoluxma artıb

ÜST: Avropada məhdudiyyətlər yumşaldılmağa başlanandan COVID-19-a yoluxma artıb
# 25 iyun 2020 17:02 (UTC +04:00)

Koronavirusla bağlı tətbiq olunmuş məhdudiyyətlər yumşaldılmağa başlanandan Avropada COVID-19-a yoluxma ilə bağlı rəqəmlərdə artım var.

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.

“Aylar ərzində ilk dəfə ötən həftə Avropada həftəlik yoluxmalarda artım görünüb”, - o deyib.

H. Kluqe əlavə edib ki, Avropada 20-dən çox ölkədə ölümcül virus dirçəlib.

“Ötən iki həftə ərzində 30 ölkədə təsdiqlənmiş yoluxma hallarında artım görünür. Bu ölkələrdən 11-də virusun sürətlə ötürülməsi güclü bir canlanmaya səbəb olub”, - deyə ÜST-ün Avropa regionu üzrə direktoru qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR