ÜST: Dünyada koronavirusa yoluxanların sayı 234 minə yüksəlib - YENİLƏNİB

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 234 minə yüksəlib - YENİLƏNİB
# 21 mart 2020 08:48 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 21-nə olan məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 234 minə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus bildirib.

O qeyd edib ki, virusa yoluxanlardan, təxminən 10 min nəfər dünyasını dəyişib.

***

20 mart, 22:15

Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus aşıqlamasında bildirib.

O qeyd edib ki, hər bir ölüm bir faciədir: “Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR