ÜST: Dünyada koronavirusa yoluxanların sayı 5,3 milyonu ötüb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 5,3 milyonu ötüb
# 26 may 2020 02:08 (UTC +04:00)

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən çox artaraq 5,3 milyonu ötüb. Ümumilkdə 342 mindən çox insan ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın son məlumatına görə, son bir gündə 100264 yeni COVID-19 hadisəsi qeydə alınıb, 4422 xəstə ölüb.

Beləliklə, dünya üzrə yoluxma hallarının ümumi sayı 5304772, ölənlərin sayı isə 342 029 nəfərdir.

Ən çox yeni virusa yoluxma ABŞ-da qeydə alınıb – 2395295 nəfər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR