ÜST: İndiyədək 169 610 nəfər koronavirusa yoluxub, 77 776 nəfər sağalıb, 6518 nəfər ölüb

ÜST: İndiyədək 169 610 nəfər koronavirusa yoluxub, 77 776 nəfər sağalıb, 6518 nəfər ölüb
# 16 mart 2020 10:38 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb.

APA xəbəbr verir ki, təşkilatın martın 16-na olan məlumatına əsasən, 157 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir.

Bildirilib ki, indiyədək yeni koronavirusdan 6518 nəfər ölüb. Onlardan 15-i yeni ölüm faktıdır. Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR