ÜST: “Karantin qaydalarına riayət etməmək məhdudiyyətərin yenidən ağırlaşmasına səbəb ola bilər”

#
# 23:42
31 avqust 2020

“Pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq”.

APA RIA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

ÜSt rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, bir o qədər digər məhdudiyyətlərin aradan qaldırılması tez baş tutar. 

Qebreyesus əlavə edib ki, karantin qaydalarına riayət etməmək məhdudiyyətərin yenidən ağırlaşmasına səbəb ola bilər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR