ÜST: Koronavirus əleyhinə peyvənd 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə ediləcək

ÜST: Koronavirus əleyhinə peyvənd 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə ediləcək
# 22 iyul 2020 23:30 (UTC +04:00)

"Koronavirus əleyhinə peyvəndi insanlar 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcək".

APA-nın "RİA Novosti" yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili yardım proqramının direktoru Maykl Rayan "Twitter" hesabında bildirib.

O qeyd edib ki, pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meylləri müşahidə edilsə də, məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmur.

M. Rayan əlavə edib ki, peyvənd hazır olandan sonra ÜST onun bütün insanlara paylanılmasını nəzərdə tutur: "Pandemiya əleyhinə peyvəndlər varlılar, yaxud kasıblar üçün deyil, hamı üçündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR