ÜST rəhbəri COVID-19-un nə vaxt bitəcəyini açıqlayıb

#
# 22:07
21 avqust 2020

“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış "İspan qripi"ni müqayisə edərkən bildirib.

ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR