Ukrayna Milli Təhlükəsizlik Xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib

Ukrayna Milli Təhlükəsizlik Xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib
# 20 aprel 2021 16:11 (UTC +04:00)

Ukraynanın bütün vilayətlərində Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna MTX-nın mətbuat katibi Artem Dextyarenko bildirib.

Onun sözlərinə görə, ölkənin əksər vilayətlərində genişmiqyaslı antiterror əməliyyatları keçirilir.

A. Dextyarenko vurğulayıb ki, ölkə vətəndaşlarının müdafiəsi üçün Ukrayna MTX gecə-gündüz öz səylərini əsirgəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR