Ukrayna XİN: Konsulun Sankt-Peterburqda saxlanılması təxribatdır

#
# 12:53
17 aprel 2021
"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".
 
APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
 
O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: "Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".
 
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR