Ukrayna XİN başçısı: “Müxtəlif ölkələrlə hərbi sahədə əməkdaşlığımız davam edəcək”

Ukrayna XİN başçısı: “Müxtəlif ölkələrlə hərbi sahədə əməkdaşlığımız davam edəcək”
# 20 aprel 2021 17:07 (UTC +04:00)

“Ukraynanın müxtəlif ölkələrlə müdafiə və hərbi sahədə əməkdaşlığı var və bu, davam edəcək”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.

“Düşünmürəm ki, digər ölkələr hərbi və müdafiə sahəsində bizimlə əməkdaşlıqdan imtina etsinlər. Hesab edirəm ki, yalnız əməkdaşlığımızın həcmində dəyişiklik ola bilər. Rusiya bu əməkdaşlığa çox məqsədli şəkildə mane olmağa çalışır. Məsələn, Rusiya Ukrayna ordusunun kifayət qədər PUA-ya sahib olmasını istəmir və beləliklə onlar təxribatçı hərəkətlərində məhz bu məqamı hədəf alırlar, müxtəlif yollardan, o cümlədən diplomatik səylərdən istifadə edirlər. Lakin Ukrayna silah embarqosu altında deyil, Ukraynaya sanksiya tətbiq olunmur və buna heç səbəb də yoxdur. Beləliklə, biz dünyanın müxtəlif ölkələri ilə bu sahədə əməkdaşlığa davam edəcəyik”, - deyə Ukrayna XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR