Ukraynada silahlı şəxsin sərnişinləri girov götürdüyü ərazidə partlayış səsləri eşidilib - YENİLƏNİB

Ukraynada silahlı şəxsin sərnişinləri girov götürdüyü ərazidə partlayış səsləri eşidilib - YENİLƏNİB
# 21 iyul 2020 17:07 (UTC +04:00)

Ukraynada silahlı şəxsin avtobusda 20 nəfər sərnişini girov götürdüyü ərazidə partlayış səsləri eşidilib.

APA-nın xəbərinə görə, bu barədə 24tv.ua-nın hadisə yerində olan əməkdaşı bildirib.

“20 dəqiqə əvvəl 3 partlayış baş verib. Hərbçilər mənim yanımda olanda dedilər ki, guya bu, əl qumbarasının səsi olub. Tüstü dumanı görünürdü”, - deyə o qeyd edib.

Hadisə zamanı heç kim xəsarət almayıb.

***

saat 13:05

Ukraynada silahlı şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə Ukraynanın Lutsk şəhərində qeydə alınıb. Silahlı şəxsin nə tələb etdiyi hələlik məlum deyil.

Polisin məlumatına görə, şəhərin mərkəzi küçələri bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR