Ukraynada son sutkada COVID-19-a 3 584 yoluxma qeydə alınıb

Ukraynada son sutkada COVID-19-a 3 584 yoluxma qeydə alınıb
# 17 sentyabr 2020 10:32 (UTC +04:00)

Ukraynada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 584 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat verilib.

Bildirilib ki, bu, pandemiya başlayandan bəri Ukraynada bir gündə rekord sayda yoluxma halıdır.

Ölkədə son 24 saat ərzində koronavirusdan 60 nəfər vəfat edib, 1 589 nəfər sağalıb.

Ukraynada indiyədək 166 244 nəfər infeksiyaya yoluxub. COVID-19-a yoluxan 3 400 nəfər vəfat edib, 73 913 nəfər isə xəstəlikdən sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR