Xorvatiyada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 5-i yaralanıb

Xorvatiyada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 5-i yaralanıb
# 22 noyabr 2020 01:38 (UTC +04:00)

Xorvatiyada Zaqreb-Karlovats avtomagistralının 19-cu kilometrliyində ağır qəza baş verib.

APA yerli HRT telekanalına istinadən xəbər verir ki, yük maşının yol kənarında dayanmış mikroavtobusa çırpılması nəticəsində sərnişinlərdən 4 nəfəri ölüb, 5-i isə yaralanıb.

Yol kənarına qəza xəbərdarlığı nişanı qoyulsa da yük maşınının sürücüsü qəzanın qarşısını ala bilməyib.

Yaralılar Zaqrebdəki bir neçə klinikaya yerləşdirilib. Hadisənin başvermə səbələri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR