Yunanıstan XİN başçısı İstanbula səfər edib

Yunanıstan XİN başçısı İstanbula səfər edib
# 14 aprel 2021 13:46 (UTC +04:00)

Yunanıstanın xarici işlər naziri Nikos Dendias İstanbula səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir Yunanıstanın İstanbuldakı Konsulluğunda Fener Rum patriarxı ilə görüşüb.

Qısamüddətli görüşdən sonra nazir yenidən Afinaya qayıdıb. O, bu gün Brüsseldə keçirilən NATO toplantısına videokonfrans formatında qatılacaq.

Qeyd edək ki, N. Dendiasın bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankaradakı rəsmi görüşü sözügedən NATO toplantısı ilə əlaqədar sabaha təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR