Yunanıstanda son sutkada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Yunanıstanda son sutkada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
# 11 sentyabr 2020 01:22 (UTC +04:00)

Yunanıstanda son sutka ərzində 372 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 4 nəfər ölüb. Yoluxanların 164-ü ölkə daxilində, 21-i isə turistlərdə aşkarlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir gündə qeydə alınan yoluxma sayı rekord həddə çatıb.

Yeni növ virusa yoluxanların ümumi sayı 12452 nəfərə yüksəlib, ölüm sayı isə 297 nəfərdir.

Reanimasiyada olan xəstə sayı 49 nəfərdir.

Xatırladaq ki, Yunanıstanda koronavirusa yoluxma sayı son bir neçə həftədə artmağa başlayıb. Bununla əlaqədar olaraq, ölkə üzrə məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR