Zelenski Putinlə görüşə hazırlaşdığını bildirib

#
# 15:52
26 aprel 2021

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşdığını bildirib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti qeyd edib ki, o, artıq ofisinin rəhbəri Andrey Yermaka görüşün təşkili ilə bağlı göstəriş verib.

“Mənə elə gəlir ki, hər şey bu görüşün baş tutacağı istiqamətdə gedir. Donbassda görüşməyi həqiqətən təklif etmişəm və siz bunu eşitmisiniz. Rusiya Prezidenti görüşmək istədiyini təsdiqləyib, amma o, Moskvada görüşməyi təklif edib. Artıq prezident ofisinin rəhbəri Andrey Yermaka tapşırıq vermişəm ki, Prezident Putinin administrasiyasına müraciət etsin və vaxt, görüşə biləcəyimiz yer və ya şəhər barədə qarşılıqlı anlaşmaya gəlsinlər. İnanıram ki, əsas məsələ mahiyyətdir. Harada və nə vaxt - bunlar artıq təfərrüatdır”, - deyə Ukrayna Prezidenti Çernobılda çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR