Zelenski: “Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyindən məmnunuq”

Zelenski: “Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyindən məmnunuq”
# 10 aprel 2021 22:51 (UTC +04:00)

“Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial və dəyişməz mövqeyindən məmnunuq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.

Müvəqqəti olaraq işğal edilmiş Ukrayna torpaqları Donbas və Krım haqqında Türkiyə tərəfinə ətraflı məlumat verdiyini deyən V.Zelenski Krımda insan haqlarının pozulmasına da diqqət çəkib.

V.Zelenski R.T.Ərdoğanın Krım Platforması Formatına və bu istiqamətdə bu il avqustun 23-də Kiyevdə keçirilən toplantıya qatılacağına görə təşəkkür edib: “Bu toplantı Ukraynanın və ortaqlarının Krımın işğalına və Ukrayna ilə Krım tatarları xalqlarının haqlarını qorumaq istiqamətində çox önəmli mesaj verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR