Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”

Zelenski: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”
# 16 aprel 2021 13:02 (UTC +04:00)

“Avropa İttifaqı, Şarl Mişel, Emmanuel Makron, Angela Merkel, Avropanın bir çox dövlət və hökumət başçısı bizi - Ukraynanı dəstəkləyir. Lakin söhbət Avropanın təhlükəsizliyindən gedir”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Aİ liderləri Avropada təhlükəsizliyin Ukraynadan asılı olduğunu söyləyirsə, biz də bunun əvəzini qurbanlarla ödəyiriksə - artıq 14 mindən çox insan həlak olub - o zaman biz müəyyən bir statusa sahib olmalıyıq. Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz. Biz orda olmaq istəyirik. Düşünürəm ki, buna çoxdan layiq idik. İnanıram ki, biz Avropa İttifaqında olmalıyıq, NATO-nun Üzvlük Fəaliyyət Planını almalıyıq. Həmişə deyirəm ki, Ukrayna belə bir statusa sahib olmalıdır. O zaman ukraynalılar özlərini yalnız hiss etməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR