Aİ Gürcüstan müxalifətinin liderinin azadlığa çıxması üçün tələb olunan girov pulunu ödəyib

Niko Melia

© APA | Niko Melia

# 08 may 2021 15:28 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melianın azadlığa çıxması üçün tələb olunan girov pulunu ödəyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi bəyanat yayıb.

Bildirilib ki, Aİ müxalif liderin azadlığa buraxılması üçün tələb olunan 40 min lari məbləğində girov pulunu ödəyib.

Məlumatda qeyd olunub ki, bu, Gürcüstanda siyasi böhranın başa çatdırılması və siyasi tərəflər arasında Aİ-nin vasitəçiliyi ilə əldə edilən 19 aprel razılaşmasının tətbiqi istiqamətində atılan növbəti addımdır.

Xatırladaq ki, N. Melia 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı təşkil etmək və iştirakda ittiham edilir. O, bu il fevralın 23-də müxalif "Vahid Milli Hərəkat" partiyasının baş qərargahında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR