Almaniyada sinaqoqa hücum olub

Almaniyada sinaqoqa hücum olub
# 12 may 2021 13:12 (UTC +04:00)

Mayın 11-də Almaniyanın Bonn şəhərində sinaqoqa hücum olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində ibadət evinin qapısının şüşələri sındırılıb, qarşısında ocaq qalanaraq İsrail bayrağı yandırılıb.

Hadisə yerindən ərəb dilində olduğu ehtimal edilən vərəqələr tapılıb. Vandalizm aktını törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bununla əlaqədar Bonn polisi sinaqoqun mühafizəsini gücləndirib.

Son günlər artan anti-İsrail etirazlarını nəzərə alaraq Berlində yerləşən sinaqoqlarda da mühafizə gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR