Alp dağlarında qar uçqununda ölənlərin sayı 7 nəfərə çatıb - YENİLƏNİB

Alp dağlarında qar uçqununda ölənlərin sayı 7 nəfərə çatıb  - YENİLƏNİB
# 08 may 2021 20:15 (UTC +04:00)

Fransanın Savoyya bölgəsində Alp dağlarında qar uçqunu nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında bildirilib.

Qeyd edəlib ki, ölənlər 42-76 yaş arasında olan turist qrupunun üzvləridir.

***

17:56

Fransanın Savoyya bölgəsində Alp dağlarında qar uçqununun baş verməsi nəticəsində dörd nəfər ölüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib.

Hadisə yerinə jandarma qüvvələri, iki vertolyot və xüsusi öyrədilmiş itlər cəlb olunub.

Prefekturadan bildirilib ki, uçqun nəticəsində iki turist qrupu qarın altında qalıb.

“İlkin məlumata görə, dörd nəfər ölüb. Qarın altında qalanların olmadığına əminlik üçün axtarış davam etdirilir”, - deyə prefektura “Twitter” səhifəsindən açıqlama verib.

Qar altında qalan bəzi turistlərin isə xəsarət almadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR