BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

BMT Baş katibi İsrail-Fələstin münaqişəsilə bağlı tərəflərə çağırış edib

© APA | BMT Baş Katibi Antonio Quterreş

# 13 may 2021 06:45 (UTC +04:00)

BMT Baş Katibi Antonio Quterreş mülki əhalinin həyatını qorumaq üçün İsrail və Fələstin tərəfinə yaranmış gərginliyin azaldılmasına çağırış edib.

APA TASS-a istinadən xəbər verir ki, BMT rəhbəri bu barədə çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Quterreş vəziyyətin tamamilə qəbuledilməz olduğunu diqqətə çatdırıb. 

O, həmçinin, əlavə edib ki, Lavrovla Suriya, Liviya, Əfqanıstan, Yəmən, İsrail-Fələstin münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR