Boris Consonun Karib adalarına lüks səfəri araşdırılır

Boris Conson

© APA | Boris Conson

# 10 may 2021 15:03 (UTC +04:00)

Boris Consonun Karib adalarına 15000 funt sterlinqlik lüks səfəri araşdırılır.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyanın baş naziri Boris Consonun 2019-cu ildə nişanlısı Keri Simonds ilə birgə getdiyi Karib adası Mustiqə səfəri standartlar üzrə parlament komissarı tərəfindən araşdırılır.

Boris Conson ümumilikdə 15 min funt sterlinqə başa gələn bu tətilin Mühafizəkarlar Partiyasının donoru olan David Ross tərəfindən qarşılandığımı desə də, qarşı tərəf bunu inkar edib və bunun doğru olmadığını qeyd edib.

Qeyd edək ki, ilk dəfədir ki, Britaniyanın hər hansı baş naziri deputatların davranışlarını və parlament qaydalarına riayət etməyi tənzimləyən məsul komissar tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR