Britaniyada peyvəndin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib 

Britaniyada peyvəndin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib 
# 16 may 2021 19:52 (UTC +04:00)

Britaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu gün 391 246 nəfər koronavirusa qarşı vaksinin ikinci dozasını qəbul edib.

Bununla da ölkədə vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 103 658 nəfərə çatıb.

Bundan əlavə 237 331 nəfər isə bu gün vaksinin ilk dozasını qəbul edib. Bununla da vaksinin ilkin dozasını qəbul edənlərin sayı 35 573 354 nəfərə çatıb.

Britaniyanın səhiyyə naziri Matt Hankok bu uğura görə öz komandasına təşəkkür edərək 20 milyon insanın bu virusdan mümkün qədər ən yüksək səviyyədə qorunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR