Britaniyada son sutkada koronavirusdan 20 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 20 nəfər ölüb
# 11 may 2021 23:14 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 2474 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 439 691 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 20 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 629 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR