Çavuşoğlu Aİ-nin daxili işlər komissarı ilə görüşüb

Mövlud Çavuşoğlu və İlva Yohansson

© APA | Mövlud Çavuşoğlu və İlva Yohansson

# 07 may 2021 16:02 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) daxili işlər komissarı İlva Yohansson ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Aİ ilə müsbət gündəmin saxlanılmasını vacib hesab edirik. Miqrasiya, viza liberallaşdırılması, terrorizmlə mübarizə sahələrində konkret addımlar gözləyirik”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR