Çavuşoğlu: “Pandemiyaya baxmayaraq, Almaniya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 06 may 2021 14:22 (UTC +04:00)

“Bu gün almaniyalı həmkarım Hayko Maasla əhəmiyyətli görüşümüz oldu. Dünən isə Türkiyə və Almaniya liderlərinin videokonfrans formatında görüşü baş tutdu. Pandemiyaya baxmayaraq, Almaniya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi artıb”.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunu nazir Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, görüş çərçivəsində ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı əlaqələri, siyasi məsləhətləşmələr, viza, turizm məsələsi, regional məsələlər, xüsusilə Liviya, Suriya, Fələstin və Əfqanıstanla bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR