Çexiyada vilayət rəhbəri "Sputnik V"lə bağlı açıqlamasından sonra vəzifəsindən kənarlaşdırılıb

#

© APA | Çexiya Baş nazirinin birinci müavini və Daxili İşlər naziri Yan Hamaçek

# 05:11
8 may 2021

Çexiya Baş nazirinin birinci müavini və Daxili İşlər naziri Yan Hamaçek Pardubitçe vilayətinin rəhbəri Martin Netolitskini “Çexi Poçtu”una Nəzarət şurası üzvlüyündən azad edib.

APA xəbər verir ki, bu barədə siyasətçinin özü yerli “Novinky.cz” xəbər portalına açıqlama verib.

Lakin M.Netolitski işdən çıxarılma səbəbini tam təfərrüatını bilmədiyini deyib.

Qeyd edək ki, o, Rusiya istehsalı "Sputnik V" peyvəndi ilə bağlı açıqlamasından sonra tutduğu vəzifədən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR