Dünyada son sutkada koronavirusa 515 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 515 mindən çox yoluxma qeydə alınıb
# 19 may 2021 05:16 (UTC +04:00)

Dünyada son sutka ərzində 515 104 nəfər koronavirusa yoluxub, 11 014 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 163 312 429 yoluxma hadisəsi, 3 386 825 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 55%-dən çoxu Cənub-Şərqi Asiyanın (284 259) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (119 804) ilə Avropa (54 641) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR