Dünyada son sutkada koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb
# 09 may 2021 03:49 (UTC +04:00)

Dünyada son sutka ərzində 817 345 nəfər koronavirusa yoluxub, 13 426 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 156 496 592 yoluxma hadisəsi, 3 264 143 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (423 364) payına düşür.

Digər yerləri isə Şimali və Cənubi Amerika (205 327) ilə Avropa (124 715) bölüşür. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR