Estoniyada təlim zamanı ABŞ-ın 10 hərbçisi xəsarət alıb

Estoniyada təlim zamanı ABŞ-ın 10 hərbçisi xəsarət alıb
# 10 may 2021 06:15 (UTC +04:00)

Estoniyada “Swift Response” adı altında keçirilən təlim çərçivəsində ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbi texnikaları və 600-ə yaxın hərbçisi “Nurmsi Jarva” aerodromuna eniş edib. 
APA xəbər verir ki, bu barədə “Postimees” nəşri məlumat dərc edib.
Bildirilib ki, yüksəklikdən tullanan hərbçilərdən 10-u uğursuz eniş edərək xəsarət alıblar.
ABŞ-ın Tallindəki Səfirliyinin mətbuat attaşesi Mark Naylor nəşrə açıqlamasında hərbçilərin xəsarət almalarını hava əməliyyatlarının normal bir hissəsi kimi xarakterizə edib: “Yaralananların heç bir həyati təhlükəsi yoxdur, Xəstəxanaya yerləşənlərdən əksəriyyəti xidməti yerlərinə qayıdıblar”.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR