Fransa, Misir və İordaniya İsraillə Fələstin arasında atəşkəs üçün danışıqlar aparır

Fransa, Misir və İordaniya İsraillə Fələstin arasında atəşkəs üçün danışıqlar aparır
# 18 may 2021 17:30 (UTC +04:00)

Fransa, Misir və İordaniya liderləri İsrail-Fələstin arasında atəşkəsin əldə olunması ilə bağlı danışıqlar aparır.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidentinin ofisi məlumat yayıb.

Fransada səfərdə olan Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Fransa Prezidenti Emmanuel Makronun görüşünə İordaniya Kralı II Abdulla virtual formatda qoşulub.

Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və "Həmas" arasında vəziyyət gərginləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR