Fransada polisə bıçaqla hücum edən qadın aldığı güllə yarasından ölüb

Fransada polisə bıçaqla hücum edən qadın aldığı güllə yarasından ölüb
# 11 may 2021 05:19 (UTC +04:00)

Fransanın Bordo şəhərində bıçaqla silahlanmış qadın polis əməkdaşına hücum edib.

APA “BFM” telekanalına istinadən xəbər verir ki, polisin cavab atəşi nəticəsində qadın hadisə yerində ölüb.

Bildirilib ki, qadın əvvəlcə bıçaqla ərini hədələyib. Sonra hadisə yerinə gələn polisə hücum edib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən ilkin məlumatlara görə, qadın psixi problemləri olub.

Hadisə ilə bağlı Fransa Prezidenti Emmanuel Makron cəmiyyətdə artan şiddətdən, eləcə də polis məmurlarına qarşı hücumların sayının artmasından narahat olduöunu bildirib.

Xatırladaq ki, bu, son bir neçə həftə ərzində Fransada polisə edilən sayca üçüncü hücumdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR