Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini əldə edəcək

“Sinopharm” vaksini

© APA | “Sinopharm” vaksini

# 08 may 2021 11:12 (UTC +04:00)

Gürcüstan iyunda Çindən əlavə 500 min doza “Sinopharm” vaksini əldə edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Gürcüstan və Çin hökumətləri arasında danışıqlar aparılır.

Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə əlavə 100 min doza “Sinopharm” vaksinini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə əldə edəcək. Gürcüstanda “Sinopharm” vaksininin 100 min dozadan ibarət ilk partiyası aprelin 3-də qəbul edilib. Vaksinin tətbiqinə isə mayın 4-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR