Gürcüstanda daha 29 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 29 nəfər koronavirusdan ölüb
# 15 may 2021 10:58 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 576 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 329 407, ölənlərin sayı isə 4 426 nəfərə çatıb. Virusa yoluxanlardan 307 918 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR